Leopold Vitoldoviç Rostropoviç
Musiqi mədəniyyəti tarixində silinməz iz qoyan nəsillərdən biri-Rostropoviçlər nəslidir. Demək olar ki, Rostropoviçlər nəslinin hər bir nümayəndəsinin musiqi istedadı və musiqiyə hədsiz marağı olmuşdur. Rostropoviçlərin uluları Polşa və Litvada yaşamış və Rostoropoviçyuslar adlanırdılar. Onların nəsli qədimdən «İnam, Namus, Vəzifə» şüarı altında «Boqoriya gerbi» ilə qeyd olunurdu.Onların nəsl şəcərəsi Yan Rostropoviçyusdan başlayır. 1851-ci ildən Varşava deputatlarının ümumi iclasında bu nəslin nümayəndəsi İosif Rostropoviçyus və onun övladları zadəgan rütbəsi ilə təltif olunur.
Rostropoviçlər nəslinin nümayəndələrindən biri sayılan Leopold Vitoldoviç Rostropoviç 1892-ci il fevralın 26-da dünyaya göz açmışdır.1904-cü ildən 1910-cu ilə qədər Peterburq Konservatoriyasında A.Verjbiloviçin sinfində təhsil alır. Konservatoriyanı qızıl medalla bitirmişdir. Maddi vəziyyətə görə erkən yaşlarından pedaqoji fəaliyyətə başlayan L.Rostropoviç 1910-cu ildə N.Bıstrov adına Peterburq musiqi məktəbində dərs deməyə başlayır, eyni zamanda konsert proqramları ilə Peterburqda, Moskvada çıxış edir. Daha sonra Polşada, Fransada, İngiltərədə, ABŞ-da və başqa ölkələrdə qastrol səfərlərində də olmuşdur.Onun bu müvəffəqiyyətli çıxışları haqqında xarici ölkə mətbuatlarında geniş işıqlandırılmışdır.Onun nadir texnikası, musiqi duyumu, melodikliliyi, ifaçılıq temperamenti, virtuozluluğu və bir də artistizmi onu dinləyənləri valeh edirdi və bir musiqiçi kimi onun parlaq gələcəyindən xəbər verirdi.Onu da qeyd edək ki, L.Rostropoviç məşhur ispan violonçelisti Pablo Kazalsdan «ustad dərslər»i də almışdır.
1911-ci ilin yayında Rusiyaya qayıdan L.Rostropoviç payızdan konsert verməyə başlayır. Sevastopolda A.Qlazunovun rəhbərlik etdiyi orkestrlə bərabər K.Davıdovun I konsertini ifa etmişdir. Rostov-Don və Kazan şəhərlərində sovet bəstəkarı S.Vasilenko ilə birgə qastrol səfərlərində olmuşdur.Bundan başqa Rusiyanın ayrı-ayrı şəhərlərində konsert verən L.Rostropoviç 1914-1916-cı illər ərzində Bakı şəhərində müvəqqəti olaraq yaşamış, konsert proqramları ilə çıxış etmiş, hətta pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.
1911-ci ilin yayında Rusiyaya qayıdan L.Rostropoviç payızdan konsert verməyə başlayır. Sevastopolda A.Qlazunovun rəhbərlik etdiyi orkestrlə bərabər K.Davıdovun I konsertini ifa etmişdir. Rostov-Don və Kazan şəhərlərində sovet bəstəkarı S.Vasilenko ilə birgə qastrol səfərlərində olmuşdur.Bundan başqa Rusiyanın ayrı-ayrı şəhərlərində konsert verən L.Rostropoviç 1914-1916-cı illər ərzində Bakı şəhərində müvəqqəti olaraq yaşamış, konsert proqramları ilə çıxış etmiş, hətta pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.
1918-ci ildə Rusiyada baş verən oktyabr çevrilişindən sonra aclıq başladığına görə L.Rostropoviç Saratov şəhərinnə köçür. Burada yaşadığı 4 il müddətində o, pedaqoq kimi çalışır.Tələbələri arasında tanınmış violonçelist Raya Qarbuzova da var idi.Konsert turneləri ilə bağlı olaraq Orenburq (Çkalov) şəhərini xüsusi qeyd etmək lazımdır. Burada Leopold gələcək həyat yoldaşı Sofya Fedotova ilə tanış olur və ailə qururlar.Onların məhəbbətindən Veranika adlı qızları dünyaya gəlir.
Yaradıcılığının sonrakı dövrü Azərbaycanın paytaxtı Bakı şəhəri ilə bağlıdır. Belə ki, Leopold Rostropoviçin əvvəlki illərdə Azərbaycandakı fəaliyyətindən xəbərdar olan dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyov Bakıya dəvət edir. 1925-ci ildə ailəsi ilə birlikdə Bakıya köçən L.Rostropoviç Azərbaycan Dövlət Konservatoriyasında violonçel sinfi üzrə dərs deməyə başlayır. Demək olar ki, Azərbaycanda professional violonçel məktəbinin yaradıcılarından biri sayılır. Bakıda yaşadığı dövrdə pedaqoji fəaliyyətlə yanaşı həm ifaçı, həm də bəstəkar kimi çalışmışdır.Onun yazdığı violonçel üçün 4 konsert, f-no və violonçel üçün pyeslər,f-no üçün əsərlər, mahnılar romantik xarakter daşıyırdı. L.Rostropoviç həmçinin, Azərbaycanda ilk simli kvartetin yaradıcılarından biri olub. Bizim muzeydə bu tarixi fakta aid arxiv sənəd nadir eksponat kimi qorunub saxlanılır. Kvartetin üzvləri Y.Eydlin, N.Tsinberov, V.Adamski və L.Rostropoviç olmuşdur. Bakıda dərs dediyi illərdə çoxlu tələbələr yetişdirmişdir.Onların arasında A.Zeynallının adını xüsusi çəkməliyik. Qeyd edək ki, A.Zeynallı Azərbaycan simfonizminin, eləcə də romans janrının banisi, bir sıra əsərlərin müəllifidir. Baxmayaraq ki, o, bəstəkarlıqda oxuyurdu, paralel olaraq L.Rostropoviçin sinfində violonçeldən dərs alırdı. L. Rostropoviçin sinfinin dərs proqramına həm klassik bəstəkarların əsərləri, həm öz əsərləri, eləcə də violonçel üçün yazdığı işləmələr daxil idi. Özü ilə bərabər həyat yoldaşı Sofya Nikolayevna da Azərbaycan Dövlət Konservatoriyasında fortepiano sinfindən dərs demişdir.
Azərbaycanda yaşadığı 1925-1931-ci illər ərzində L.Rostropoviç bir sıra görkəmli Azərbaycan musiqiçiləri ilə dostlaşmış, onlarla dostluq və yaradıcılıq əlaqələri saxlamışdı.Onların arasında dahi bəstəkar Ü.Hacıbəyovun adını xüsusi olaraq qeyd etmək lazımdır. Muzeydə L.və M.Rostropoviçlərə aid olan nadir materiallar arasında qorunub saxlanılan L.Rostropoviçin Ü.Hacıbəyova yazdığı 2 məktub bunu əsdiqləyir. Bundan başqa muzeyin fondunda L.Rostropoviçin A.Qlazunova ,A.Zilotiyə, Pasxalova,müharibə illərində oğluna yazdığı məktub,eləcə də Bakı dövrünə aid olan bir sıra başqa nadir materiallar qorunub saxlanılır. Bakıda yaşadıqları müddətdə,yəni 1927-ci il 27 mart tairxində L.Rostropoviçlərin ailəsində Mstislav adlı oğlan uşağı dünyaya gəlir.Bu haqda daha ətraflı M.Rostropoviç-bölməsində məlumat ala bilərsiniz.
Bir müddətdən sonra Slava və Veranikanın təhsilini artırmaq məqsədi ilə L.Rostropoviç Moskvaya getməyi qərara alır.1931-ci ilin payızında Rostropoviçlər ailəsi Bakını tərk edir.
Moskvada yaşadığı müddətdə tez-tez konsertlər verən L.Rostropoviç Qnesin adına musiqi texnikumunun nəzdindəki məktəbdə müəllim kimi çalışır. Oğlu Slavanın fitri istedadını görən L.Rostropoviç onunla məşğul olmağa başlayır.Slava özü başqa müəllimlərin ona dərs deməsinə razı olmurdu, çünki atasını çox sevirdi və saatlarla onu dinləyirdi.Qeyd edək ki, Slava 1934-cü ildən 1937-ci ilə qədər Qnesin adına musiqi məktəbinin,1937-ci ildən 1941-ci ilə qədər isə Moskvanın Sverdlovsk vilayətinin musiqi məktəbində təhsil almışdır.Slavanın bəstəkarlıqla da ciddi məşğul olmasını istəyən ata Rostropoviç onu Moskva Konservatoriyasında təhsil almaq üçün V.Messnerin sinfinə gətirir.
Müharibə illəri ərəfəsində maddi cəhətdən bir sıra sıxıntılar keçirən Rostropoviçlər ailəsi Slavyansk şəhərinə köçür. Burada L.Rostropoviçin həyatında ümidverici dəyişikliklər baş verir.O, simfonik orkestrdə işləyərək violonçel qrupunun rəhbəri olur və oğlu Slavaya orkestr ilə çıxış etməyə icazə verilir. L.Rostropoviçin simfonik orkestr fəaliyyəti, ansambl və solo çıxışları ilə əlaqədar olaraq göstərdiyi xidmətlərinə görə RFSR-in Əməkdar artisti adı verilmişdir.
1942-ci ildə Rostropoviçlər ailəsi Orenburq (Çkalov) şəhərinə köçür. Burada L.Rostropoviç yerli musiqi texnikumunda dərs deməyə başlayır. Bundan başqa «Molot» adlı kinoteatrının nəzdində fəaliyyət göstərən trionun tərkibində ifaçı kimi çıxış edir.(Trionun üzvləri E.Qitters və S.Vakman ).
1942-ci ilin yazında ağır xəstələnən L.Rostropoviç iyulun 31-də ürək çatışmamazlığından vəfat etmişdir.
|