AZ | ENG | RU
 

Muzeyin rəhbərliyi

Şeyla Heydərova

Muzeyin direktoru

Heydərova Şeyla Qaçay qızı 11.02.1955-ci il Bakı şəhərində anadan olub. 1973-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib (F-no sinfi üzrə). 1978-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsini qırmızı diplomla bitirib, musiqişünas və pedaqoq ixtisaslarına yiyələnib. Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra böyük elmi işçi, şöbə müdiri və elm üzrə direktor müavini vəzifəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyində çalışıb. (1978—1998 illər).

Muzeyin ən birinci Azərbaycan «Milli musiqi alətləri» daimi ekspozisiyasının yaranmasında və fəaliyyətində böyük zəhməti olub. 1993—2003-cü illərdə Musiqi alətləri üzrə Dövlət Ekspert komissiyasının üzvü və məsul katibi olub.

1998-ci ilin iyun ayından L. və M. Rostropoviçlərin ev muzeyinin direktor vəzifəsinə təyin edilib. Muzeyin mövzu ekspozisiya proektinin müəllifidir. L. və M. Rostropoviçlərin həyat və yaradıcılığına həsr olunmuş azərbaycan və beynəlxalq mətbuatda dərc edilən 10-dan artıq məqalələrin müəllifidir.

1997-ci ildən Beynəlxalq Muzeylər şurasının (İKOM) və həmin şuranın Azərbaycan bölməsinin üzvüdür.

Əbilova Məhbubə

Muzeyinin baş mühafizi

Əbilova Məhbubə Məmmədəli qızı 1958-ci il mayın 4-də Bakıda anadan olub. Orta təhsilini Bakıda 53 saylı məktəbdə almışdır. 1997-ci ildə Ə. Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetinin Muzey işi və tarixi abidələrin mühafizəsi fakultəsinin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirib. 1993-cü ildən muzey sistemində çalışır. Azərbaycan xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Kənd Təsərrüfatı Dövlət Muzeyində çalışmışdır. 1999-cu ildən L. və M. Rostropoviçlərin ev muzeyində baş mühafiz vəzifəsində çalışır.

 
 
© 2006 L. və M. Rostropoviçlərin ev muzeyi
Azərbaycan, Bakı ş. L. və M. Rostropoviçlər küç. 19
(99412) 492—02—65
Tərtibatı
DIGITAL AGE