|
1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Bakıda Rostropoviçlərin xatirə muzeyinin təşkili ilə bağlı fərman imzalamışdır. Muzey Rostropoviçlər ailəsinin 1925-1931 illərdə yaşadıqları evdə yerləşir. Muzeyin yerləşdiyi küçə Leopold və Mstislav Rostropoviçlərin adını daşıyır. Muzey ekspozisiyasının təntənəli açılışı 2002-ci ilin martın 4-də baş vermişdir.
18.05.2006
L. və M. Rostropoviçlərin ev-muzeyinin saytı açılmışdır.
Sizi öz saytımızda salamlayırıq. Burada Siz muzeyin fond fəaliyyəti ilə tanış olub, ekspozisiyanın
fotoşəkillərini nəzərdən keçirə bilərsiniz. Biz hər zaman ünsiyyət üçün açığıq və Sizi istifadəçilərimiz sırasında görməyə şadıq. Bu məqsədlə bizə təşrif buyurun, zəng edin və yazın. |
30.03.2006
Şostakoviç festivalı
2006-cı il, 2026 fevral tarixlərində Bakıda dünya şöhrətli Maestro M. L. Rostropoviçin rəhbərliyi ilə dahi bəstəkar D. Şostakoviçin 100 illik yubileyinə həsr olunmuş Şostakoviç festivalı keçirildi. Bu münasibətlə L. və M. Rostropoviçlərin ev-muzeyində də D. Şostakoviçin 100 illik yubileyinə həsr olunmuş tədbirdə M. Rostropoviç iştirak etdi. M. Rostropoviç və qonaqlar ev-muzeyində eksponatlardan təşkil olunan sərgi ilə tanış oldular. Təşkil edilmiş sərgidə D. Şostakoviçin M. Rostropoviç və Q. Vişnevskaya ilə dostluq və yaradıcılıq əlaqələrini əks etdirən unikal materiallar nümayiş olunurdu. M. Rostropoviç bütün yaradıcılığı boyu dirijor və ifaçı kimi müəllimi D. Şostakoviç musiqisini təbliğ etmiş, ayrı-ayrı ölkələrdə “Şostakoviç festivalı” keçirmişdir.
Bu il muzeydə D. Şostakoviçin yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.. |
|
|