AZ | ENG | RU
 

Muzeyin fond işi

L.və M.Rostropoviçlərin ev muzeyinin arxivi mövzu baxımından aşağıdakı sahələrə bölünür:

  • — L.V.Rostropoviçin həyat və yaradıjılıq yolu;
  • — L.V.Rostropoviçin Bakıda yaşadığı illərdə göstərdiyi fəaliyyət sahələri(1914-1916, 1925-1931 illər);
  • — M.L.Rostropoviçin həyat və yaradıcılıq yolu;
  • — M.L. Rostropoviçin musiqiçi kimi fəaliyyət göstəridiyi illərdən başlayaraq bu günə kimi göstərdiyi bütün fəaliyyəti;
  • — Violonçel incəsənəti tarixi, xüsusən də Azərbaycan violonçel sənəti və təbliği.

Muzeyin əsas fonduna 2000-dən artıq müxtəlif xarakterli materiallar daxildir. Əsas fond öz növbəsində aşağıdakı bölmələrə ayrılır:

  • — Orden və medal fondu.
  • — Maddi abidələr fondu.
  • — Fono-video yazılar fondu.
  • — Təsviri -abidələr fondu.
  • — Xatirə - memorial fondu.
  • — Yazılı abidələr fondu.
  • — Afişa fondu.
  • — Foto-neqativ fondu.

Qeyd etməliyik ki, muzeyin fondunda bir sıra Azərbaycan musiqiçilərinin şəxsi arxivləri də saxlanılır.Bunlardan L.Rostropoviçin tələbəsi olan A.Zeynallı, istedadlı azərbaycan violonçelisti, professor S.Əliyev, Y.Abdullayev, Anşeleviç, V.Neyman, Q.Krupkin və başqalarının şəxsi arxivlərini göstərmək olar.Bununla yanaşı violonçel incəsənəti tarixinin öyrənilməsi ilə əlaqədar olaraq violonçel sənətinin görkəmli nümayəndələrindən bəhs olunan kitablar, XIX əsrin sonlarına XX əsrin əvvəllərinə aid, violonçel üçün yazılmış əsərlərin dərc olunduğu not kitabları, fotoşəkillər toplanılır.

 
 
© 2006 L. və M. Rostropoviçlərin ev muzeyi
Azərbaycan, Bakı ş. L. və M. Rostropoviçlər küç. 19
(99412) 492—02—65
Tərtibatı
DIGITAL AGE