Ekspozisiya
1998-ci ildə Rostropoviçlərin Bakıda yaşadıqları ünvanda ev-muzeyi yaradılmışdır. Ev muzeyinin yerləşdiyi küçəyə ata və oğul Rostropoviçlərin adı verilmişdir. 2002-ci il mart ayının 4-də muzey ekspozisiyasının təntənəli açılışı olmuşdur. Hal-hazırda ev-muzeyinin əsas fondunda 2000-dən artıq nadir eksponatlar saxlanılır. Dünya şöhrətli violonçelist M. Rostropoviç 19251931-ci illərdə bu evdə (keçmiş Kolodeznı küçəsi) yaşamışdır. 4 zaldan ibarət olan muzeyin dəhlizi və 1 otağı memorial” adlanır. Digər zallar M. Rostropoviçin həyatına, yaradıcılıq fəaliyyətinə həsr olunmuşdur.
Rostropoviçlərin uluları Polşa və Litvada yaşamış, Rostropoviçyuslar adlanırdılar. Onların sülaləsi ta qədimdən İnam, Namus, Vəzifə” şüarı altında Boqoriya” gerbi ilə qeyd olunmuşdur.
|